Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir

0

  •        Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  29.06.2022-ci il tarixində Aşqabadda  keçirilmiş  Xəzəryanı Dövlətlərin Dövlət başçılarının VI Zirvə Toplantısında  iştirak etmişdir.  Cənab Prezident toplantıda çıxışı zamanı bir çox vacib məsələlərə toxunub. İlk növbədə qeyd olunmuşdur ki, Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi  statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin  bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli  tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı  dövlətlər arasında  dayanıqlı  münasibətləri təmin edən amillərdən bəhs  olunarkən  qeyd  olunmuşdur ki, Xəzəryanı ölkələr arasında  dostluq və  mehriban qonşuluq münasibətləri  o cümlədən BMT, ATƏT, İslam  Əməkdaşlığı Təşkilatı , Türk Dövlətləri Təşkilatı, MDB, və iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində  ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzər dənizin strateji əhəmiyyət daşıdığı  bildirilərək qeyd olunmuşdur ki, Xəzər dənizi  regionun xalqlarının rifahının  yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional  layhiələrin  mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı  iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılışdırılması, etibarlı və təhlükəsiz  kommunikasoyaların  qurulması, yüksək rentabelli və ekoloji  təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq  sahilyani dövlətlərin əsas prioritetləri olaraq qalır.      İkinci Qarabağ müharibəsindən sonra  Azərbaycanın bölgədə yaratdığı  yeni  reallıqları diqqətə çatdıran, bölgədə dövlətlərin iqtisadi inkişafı, səmərəli əməkdaşlığın  təşkili üçün mühüm amillərdən  biri olan nəqliyyat infrastrukturunun yenilənməsinin  vacibliyindən  bəhs  edən Cənab Prezident İlham Əliyev Qarabağın  və Şərqi  Zəngəzurun yenidən qurulması  və bərpası  ilə bağlı     Azərbaycanın göstərdiyi səyi  bir cümlə  ilə ifadə. Zəngəzur dəhlizi   artıq reallığa çevrilir.Bahar Əliyeva,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir

    Maraqlı gələ bilər
    61
    106
    41